Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimləri tətildə məktəbə niyə çağırırlar? 

Xəbər verdiyimiz kimi, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayıb...

Tətil günləri olmasına baxmayaraq, bəzi məktəblərdə direktorlar müəllimləri məktəblərə çağırırlar. bildirirlər ki, saat 9:00-dan 13:00-a qədər məktəbdə olmaq vacibdir.

Tətil günlərində müəllimlərin məktəbə çağırılması nə qədər qanunidir?

PİA.az azmedia.az-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, tətil günlərində müəllimləri məktəbə çağırmaq yolverilməzdir:

“Müəllimlik vəzifə deyil, peşə hesab olunur. Təəssüf ki, qanunvericilikdə bu yöndə boşluq var. Təhsil sahəsində çalışan müəllimlərlə bağlı ayrıca yanaşma olmalıdır. Azərbaycan Respublikasının əmək məcəlləsinə görə, tam ştatda çalışan işçilər 8 saatlıq iş rejimində çalışdıqları müəssisədə olmalıdır. Lakin bu hal müəllimlərə şamil edilmir. Müəllimin vəzifə öhdəliyi tədrisin aktiv olduğu müddətdə dərsdə iştirak etməkdir.

Heç bir halda məktəb direktorları müəllimləri tətil günlərində məktəbə çağırmamalıdır. Direktor, direktor müavini, təsərrüfat hissə müdiri – bunlar tədrislə məşğul olmayan vəzifə sahibidirlər. Tətil günlərində məktəbə onlar gəlməlidirlər. Birmənalı olaraq, birbaşa tədrisə bağlı olan fəaliyyət – jurnal yazmaq, şagirdlərin texniki işlərini icra etmək və s. hallar istisna olmaqla, digərlər proseslərə görə müəllimi məktəbə cəlb etmək qanunsuzdur”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Ən çox oxunanalar